AZ

Hakimın qırmızı kartları məşqçi və futbolçuları hövsələdən çıxardı - Oyun yarımçıq qaldı (FOTOLAR)

Türkiyə U16 Liqasının A qrupunda Sivasda mübarizə aparan "Belədiyespor"la "Ahmet Turan Qazispor" arasında keçirilən matçda qalmaqal yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sivas İdman Kompleksində baş tutan gərgin mübarizə şəraitində keçən qarşılaşmada "Belədiyəspor" penalti ilə 1-0 önə keçib. 

Xəbərdə deyilir ki, hakimin qərarlarına sərt reaksiya verən klubun texniki heyəti və idarəçiləri meydana daxil olublar. Bu səbəbdən hakim  məşqçi Engin Çətinə də qırmızı vərəqə, xeyli futbolçuya isə sarı vərəqə göstərib: "Polis meydana daxil olaraq əlbəyaxa davanı əngələyib. Bundan sonra isə "Ahmet Turan Qazispor" klubunun məşqşi heyəti komandanı meydandan çıxarıb. Bundan sonra matç dayandırılıb...".

Fərid Aslan

MİA.AZ

Seçilən
52
mia.az

1Mənbələr