1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Kirov rayonunun Kilmez qəsəbəsində birmərtəbəli taxta evdə baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Məlumata görə, 480 kv.m sahədə yanğın 46 mütəxəssis və 14 ədəd texnika tərəfindən söndürülüb.
İlkin olaraq hadisə yerindən üç nəfərin, dağıntılar təmizlənərkən daha beş nəfərin meyiti aşkarlanıb. Üç nəfərin təxliyə edildiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.