AZ

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi


Vaşinqtonda yerli hakimiyyət gözlənilən qar fırtınası ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.

Publika.az xəbər verir ki, bu barədə Amerika paytaxtının meri Muriel Bauzerin ofisi məlumat yayıb.

Fövqəladə vəziyyət yanvarın 5-i elan edilib və yanvarın 7-si daxil olmaqla, qüvvədə qalacaq. Yerli hakimiyyət orqanları avtomobil sahiblərini məcburi təxliyə ilə hədələyərək, təcili marşrutlar boyunca dayanacaqları təqdirdə avtomobilləri çıxarmağa çağırıb.



Seçilən
14
3
news24.az

10Mənbələr