Sea Breeze

Dünən gecə baş verən kikboksçu və boksçu məşqçilərin iştirakı ilə törədilmiş cinayət işi ilə bağlı daha bir nəfər saxlanılıb.

Prosport.Az-ın xəbərinə görə, kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezident Ramal Aslanov Xətai rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, “Lord” ləqəbli Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücumda iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir. Ramal Aslanovla Fuad Zeynalov bir federasiyada işləsə də, uzun müddət aralarında soyuq münasibətlər olub.

Hadisənin gedişatında yenilikləri bildikcə yazacağıq.

ETX
ETX
ETX