AZ

ABŞ-də terror aktı törədən şəxslə bağlı yeni faktlar

ABŞ-nin Nyu Orlean şəhərində (Luiziana ştatı) terror aktı törədən şəxsin barədə yeni məlumatlar əldə edilib. 


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Lyonel Myrthil məlumat verib.

O, hücumçunun ötən ilin iyun ayında Misir və Kanadaya getdiyini, oktyabr ayında isə iki dəfə Nyu Orleana gələrək video çəkilişlər apardığını söyləyib. 

FTB agenti hücumçunun videoçəkiliş funksiyasına malik ağıllı eynəkdən istifadə etdiyini bildirib.

Myrthil qeyd edib ki, hazırda terrorçunun Misir və Kanada səfərlərinin məqsədi araşdırılır.

Qeyd edək ki, ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

Hücumu törədən keçmiş ABŞ vətəndaşı Şəmsud Din Cabbar polis tərəfindən zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə

Seçilən
42
e-huquq.az

1Mənbələr