Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə QHT.az-a verdiyi açıqlamada Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu dəyərli ənənələrdən biridir. O, bu günün Azərbaycan xalqının milli birliyini, həmrəyliyini və dünyadakı azərbaycanlılarla əlaqələrin möhkəmlənməsini simvolizə etdiyini qeyd edib.
"Müzəffər Ali Baş Komandan uğurlu siyasi varis İlham Əliyev 22 aprel 2022-ci ildə Şuşa şəhərində Zəfər qurultayı adlanan Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında söylədiyi kimi, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər".
Komitə sədri bildirib ki, bu mənəvi irs bizə Ümummilli Lider Heydər Əliyevdən qalıb, dahi siyasətçinin Azərbaycançılıqla bağlı apardığı sistematik iş uğurlu siyasi varis Prezident İlham Əliyevin fəaliyyətində özünün ən uca zirvəsini fəth etdi.