AZ

Əsl erməni faciəsi və qəddarlığı: Ter-Petrosyanın etirafları

Bakı. Trend:

Son günlər erməni mənbələrinin yaydığı, 23 iyul 1993-cü ildəAğdamın işğalı ilə bağlı birinci Ermənistan prezidenti LevonTer-Petrosyanın çıxışından götürülmüş sensasiyalı kadrlar hər kəsindiqqətini yenidən bu qanlı tarixə çəkir. Məhz elə indi, indikidurumda bu videonun “təsadüfən” üzə çıxması düşündürücüdür:görünür, hazırkı baş nazir Nikol Paşinyanın ətrafından kimsə bunuictimailəşdirməklə Ter-Petrosyanı və onun siyasi irsini çətinvəziyyətdə qoymaq istəyir. Bu isə hələ başlanğıcdır. Çünki Paşinyanəvvəllər də Ermənistanın ilk prezidentlərini Azərbaycanladanışıqlar mövzusunda açıq müzakirələrə çağırmış, bu daTer-Petrosyanın xeyli aqressiv reaksiyasına səbəb olmuşdu. Ancaqbütün bunların içində ən sarsıdıcı məqam videonun məzmunudur.

Levon Ter-Petrosyanın 1993-cü ildə Ağdamın işğalından sonraetdiyi çıxışın yayımlanması Ermənistanın keçmiş rəhbərliyinin əslməqsədlərini ifşa edib. Bu çıxışda Ermənistanın ilk prezidentimünaqişənin kökləri və məqsədləri haqqında açıq bəyanatlar verir.Çıxış uzun müddət gizli saxlanılsa da, onun yayılması Ermənistanınapardığı siyasətin həqiqətlərini üzə çıxarıb.

"Ermənistanın birinci prezidenti Ter-Petrosyan və erməni millihərəkatının gerçək məqsədləri" adlı çox maraqlı videomaterialinternetdə yayımlanıb. Bu, 1993-cü il iyulun 23-də, terrorçu“Yerkrapa” təşkilatının üzvləri ilə görüşdə Ermənistanın ilkprezidenti Levon Ter-Petrosyanın çıxışının videoyazısıdır.

“Əgər 1988-ci ildə hər şey başlamasaydı, bu gün nə Qarabağolardı, nə də Ermənistan. Biz işi təşkil etdik, dəstələr yaratdıq.Təcrübə qazandıq. Ermənistan və Artsax tamamilə digər millətlərdəntəmizləndi. Bir daha təkrar edirəm, bu, altı yüz illik problemdir.Onun əhəmiyyətini erməni xalqı bundan sonra da 600 il hiss edəcək,- Ter-Petrosyan deyir. - Təsəvvür edin, əgər bu gün Ermənistanda1988-ci ildən əvvəl burada olan 170 min digər millətlərinnümayəndəsi qalsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz şimal vəşərq bölgələrimizi qoruya bilməzdik. Üstəlik, qarşımıza üç yeniproblem çıxardı. Yadda saxlayın ki, üç rayonda azərbaycanlılarçoxluq təşkil edirdi: Vardenis, Masis və Amasiya. Zəngəzurbölgəsində isə onların sayı olduqca böyük idi. Və bu məsələ həllolunub. Bu, göydən bizə hədiyyə kimi gəlmədi. Bu problemi bizimhərəkat həll etdi – xalqımızın milli-azadlıq mübarizəsi, ErməniÜmumxalq Hərəkatı və onun hərbi qanadı, özünümüdafiə dəstələrimiz,“Yerkrapa” dəstələri. Artsaxda da eyni vəziyyətdir. Bu gün Artsaxınbütün ərazisi və daha böyük bir hissə ermənilərin əlindədir".

"İkincisi, əgər bu hərəkat vaxtında başlamasaydı, Azərbaycandayaşayan 500 min erməni - hətta fiziki olaraq məhv edilməsəydilər də– girov vəziyyətinə düşəcəkdilər və bu, Ermənistanı diz çökdürməküçün ən güclü vasitə olacaqdı. Onlar xilas oldular, 300 miniErmənistanda sığınacaq tapdı, 10 ildən sonra isə onların sayı 1milyona, hətta 1,5 milyona çatacaq”, – deyə ilk erməni prezidentixəyallara qapılaraq əlavə edir: “Bu, milli miqyasda bir problemdirvə bizim hərəkatımız tərəfindən həll olunub. Biz həmişə hərbiəməliyyatları diplomatiya ilə birlikdə tətbiq etmişik. İndiyədəkbunu bacarmışıq. Burada zərgər dəqiqliyi ilə iş görülüb. Əgər elədavam etsək, uğurumuzu əldən vermərik. Biz Dağlıq Qarabağın statusumövzusunu gündəlikdən çıxardıq. Əsas məsələ - müharibənidayandırmaq, möhkəm sülhü təmin etmək və yalnız bu şəraitdədanışıqlar masasına oturmaqdır. Lazım olsa, 20 il, 30 il -Qarabağın statusu barədə danışıqlar apararıq. Bu müddət ərzindəQarabağın əhalisinin təhlükəsizliyi və yaşayışı təmin olunacaq,iqtisadiyyatı inkişaf edəcək, əhalisinin sayı artacaq və biz sonməqsədimizə çatacağıq”.

Kadrlar Ter-Petrosyanın 1988-ci ildən etibarən azərbaycanlılarıntarixi torpaqlarından qovulmasının “müstəqil” Ermənistanınyaranmasında əsas təməl daşına çevrildiyini açıq-aydın etirafetməsini ortaya qoyur. O, bunu elə bir tonla deyir ki, guya bütövbir xalqı torpaqlarından didərgin salmaq vandalizm deyil,qəhrəmanlıq nümunəsidir. Özü də fəxrlə vurğulayır ki, məhz silahlımilis dəstələrinin yaradılması “ordunun əsası” olub və “ermənixalqının 600 il ərzində həll edə bilmədiyi problemi” guya ki, onlarhəll ediblər. Etnik təmizləmə kimi bir cinayətin Ermənistandövlətinin ali rəhbərinin dilindən bu cür soyuqqanlılıqlasəsləndirilməsi insanın qəlbini dondurur.

Amma Ter-Petrosyan bununla da kifayətlənmir. O, iddia edir ki,azərbaycanlıların kütləvi deportasiyası olmasaydı, Ermənistan nəşimal, nə də şərq istiqamətində özünü müdafiə edə, ümumiyyətlə,dövlət kimi formalaşa bilməzdi. Bu “müdafiə” deyilən məsələninözündə isə bir bütün xalqın zorla yurdlarından çıxarılması nəzərdətutulursa, burada hansı insani dəyərdən, hansı hüquqdən danışmaqolar? Bu mənzərəni Serj Sarqsyanın Xocalı faciəsi barədə açıq-aydın“qorxutma vasitəsi” ifadəsi ilə birləşdirəndə, insanın dəhşətiqat-qat artır.

Vaxt ötdükcə həqiqət üzə çıxdı: Azərbaycan öz torpaqlarınıişğaldan azad etdi, Qazax rayonunun dörd kəndini bir güllə atmadangeri qaytardı və sarsılmaz iradə ilə ədaləti bərpa edəcəyini bəyanetdi. Bu iradəyə Qərbi azərbaycanlıların tarixi torpaqlarına dönüşüdə daxildir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, neçəonillik əvvəl doğma ocaqlarından qovulan insanlar tezliklə özel-obasına qayıdacaqlar. Bu sözlər milyonlarla azərbaycanlınınürəyinə su səpir, inam aşılayır.

Məhz bu fonda Levon Ter-Petrosyanın dediklərini əks etdirənvideo xüsusi simvolik məna kəsb edir. Çünki nifrət və təcavüzüzərində “dövlət” qurmaq niyyətinə düşənlər sonda fəlakətəsürüklənirlər. Regionda özünü guya “demokratik” dayağa çevirməkistəyən Ermənistanın faktiki olaraq millətçi ideyaların və “altıəsrlik problemin” uydurma təsəvvürlərinin girovuna çevrildiyi gözönündədir. Təəssüf ki, Qərbdə bu kadrların məzmununa, insanhüquqları və etnik dözümlülükdən danışan hər kəsin zülm keçirməliolduğu bu çıxışa sərt reaksiya verməkdə hələ də tələskənlikgöstərən yoxdur. Bu isə tarix qarşısında böyük ədalətsizlikdir vəbiz yenidən şahid oluruq ki, həqiqəti boğmağa çalışan hər hansırevizionizm gec-tez öz ifşa olunma saatına çatır.

Beləcə, otuz ildən sonra o dövrün erməni siyasətinin əslmahiyyətinin canlı sübutunu görürük: məqsədyönlü etniktəmizləmələr, yerli əhalinin qovulması, hətta fiziki məhvinəhesablanmış ideoloji xətt və bütün bunları özünə “azadlıqmübarizəsi” donu geyindirməyə çalışan bir riyakarlıq. Bu gün yenitəbliğat miflərinin tüğyan etdiyi məqamda ortaya çıxan həminkadrlarda həqiqət sanki uçurumun dibindən səslənir və bizəxatırladır ki, millətçi fanatizm öz hay-harayında ilk növbədə eləErmənistanın özünü uçuruma yuvarladı. Bu rüsvayçı sənədin“qəhrəmanı” Ter-Petrosyan hələ sağdır və öz əli ilə qurduğu bufaciəli tablonu canlı izləyə bilir. Bəs, heç olmasa, “azlıqlarınhüquqları”ndan dəm vuran erməni elitası və onunla həmrəylik nümayişetdirən dünya bu açıqlamaların dəhşətini dərk edəcəkmi? Axı tarixdönə-dönə sübut edib ki, o, gec-tez bütün yalançıları haqq divanınaçəkir.

Otuz ildən artıqdır ki, bizə “müstəqil” Ermənistanın guyamilli-azadlıq ideyaları ilə qurulduğunu deyir, Qarabağmünaqişəsinin isə ermənilər üçün “müqəddəs savaş” olduğunu təlqinedirdilər. Lakin indi arxivdən çıxan bir parça video o illərinmifologiyasına son nöqtəni qoyur. Ter-Petrosyan bütün ehtiyatpərdələrini ataraq söyləyir: 1988-ci ildə Ermənistandaazərbaycanlıları kütləvi halda qovmaqla başlanan proseslərolmasaydı, nə müstəqillikdən söhbət gedər, nə də Qarabağ işğaledilərdi. Onun “özünümüdafiə dəstələri” adlandırdığı silahlıqrupların gerçək missiyası isə azərbaycanlı əhalini zorla doğmayurdlarından çıxarmaq olub. Üstəlik, o, xəcalət çəkmədən vurğulayırki, bu taktika sayəsində Ermənistandan “digər millətləri dətəmizləmək” və altı əsrlik “problemi” birdəfəlik həll etmək mümkünolub.

Əgər monoetnik struktur qurmağı rəsmi dövlət siyasətinəçevirmisinizsə, bəs onda hansı “gələcək”dən danışmaq olar?Qarabağda törədilənlər bir yana, Ermənistanın özündə belə,Ter-Petrosyanın etirafına görə, guya “yadlara” qarşı yönəlmiş“özünümüdafiə” dəstələri yaradılıb. Axı kimdən müdafiə olunurdu busilahlılar? Öz ərazisində yaşayıb kimsəni hədələməyən dincazərbaycanlılardanmı? Hədəf bəllidir: yüz minlərlə insanıevlərindən didərgin salmaq, qorxutmaq və yer üzündən silməyə cəhdetmək.

Nəticə isə göz qabağındadır: “böyük plan”ın acınacaqlı iflası.Ter-Petrosyan elə düşünürdü ki, azərbaycanlılardan “xilas” olmaqlaErmənistan dirçələcək, dövlətin demoqrafik və iqtisadi qüdrətiartacaq, Qarabağ isə çiçəklənən bir guşəyə çevriləcək. Halbukireallıq tam tərsinədir: Ermənistanda sosial-iqtisadi tənəzzül dahada dərinləşdi, əhalinin böyük hissəsi miqrasiyaya məruz qaldı,Qarabağ isə on illər boyu uçurumun astanasında qaldı. Bu günErmənistanda gerçəkliklə üzləşən hər kəs başa düşür ki, soyqırım vədeportasiya taktikasının altından yalnız bədbəxtlik və itkilərçıxdı.

İndi, otuz ildən sonra, tarixin dərinliyindən bizə bir ovuchəqiqət səslənir: insanlıq əleyhinə yönəlmiş cinayətlər “azadlıqhərəkatı” kimi təqdim oluna bilməz. Düşmənin torpağını işğal edib,dinc əhalini yerindən-yurdundan zorla silən siyasəti gah “milliintibah”, gah da “xilas” kimi qələmə vermək mümkün deyil.Ter-Petrosyanın öz dili ilə etiraf etdiyi kimi, bu, sadəcə millitəəssübkeşlik adı ilə pərdələnən və bir ölkəni bütövlükdə məhvəsürükləyən etnik təmizləmədir. Ermənilər öz-özlərini inandırmağaçalışdıqları o saxta əfsanələrin hoydu-hoyduya bir cavabı var:Tarix heç vaxt kənara çəkilmir və bu gün ortaya çıxan arxivkadrları da tarixdən qaçmağın mümkünsüz olduğunu bir dahaisbatlayır.

Beləliklə, biz 80-ci illərin sonu – 90-cı illərin əvvəllərindəyaşanan faciəli proseslərin əsl mənzərəsini, guya “milli-azadlıq”hərəkatı kimi təqdim olunan təbliğatın gerçək mahiyyətini bukadrlarda bütün çılpaqlığı ilə görürük. Həmin dövrdə Ermənistanhakimiyyəti əvvəllər utancaqcasına inkar etdiyi, əslində isə şüurluşəkildə yürütməkdə olduğu etnik təmizləmənin varlığını artıqgizlədə bilmir. Levon Ter-Petrosyanın sözləri hər cür şübhəniaradan qaldırır: bu, yad xalqları Ermənistan ərazisindən qovmaq,orada monoetnik “cənnət” qurmaq məqsədi güdən planlı bir siyasətidi.

İndi sual yaranır: insan hüquqları, azlıqların qorunması,tolerantlıq kimi dəyərləri dilindən düşürməyən Qərb bu ifşaya necəmünasibət göstərəcək? Ter-Petrosyanın çıxışındakı açıq nasistritorikasını görüb bunu birmənalı qınayacaqlarmı, yoxsa “mübahisəlifikir” kimi qiymətləndirib göz yummağı seçəcəklər? Təəssüf ki,ikili standartların sərt reallığı ikinci variantın daha mümkünolduğunu göstərir.

Nəticə dəyişmir: bu arxiv görüntüləri ilə dünya birliyi uzunillər susub seyr etdiyi gerçək hadisələrin necə baş verdiyinieşidir. Ter-Petrosyan özü də sağdır və bu gün uydurduğu miflərinüstündən xətt çəkildiyini, Qarabağın yenidən Azərbaycanınnəzarətinə keçdiyini, “monoetnik Ermənistan” xülyasının isə ölkəniyalnız fəlakət və geriləməyə gətirib çıxardığını görməyə məcburdur.90-cı illərin əvvəlində az qala “qəhrəmanlıq” kimi alqışlanan osiyasət bu gün Ermənistanın dərin iqtisadi və demoqrafik böhranındaəks-səda tapır.

Bu kadrlara baxıb bir daha əmin oluruq: ədalətsizliyə vəzorakılığa söykənən bütün planlar məğlubiyyətə məhkumdur. Vaxtiləözünə böyük ümidlər bəslənilən Ter-Petrosyan artıq siyasi səhnədəngedib, ancaq onun “miras” qoyduğu siyasət hələ də Ermənistanınçiyinlərində ağır yük kimi qalmaqdadır. Əgər sabiq prezident buvideoya bir cavab vermək niyyətinə düşsə, öz dili iləsöylədiklərini rədd etməyə necə çalışacaq? İstəsə bircə söz desin,amma unutmamalıdır ki, tarix heç kəsin yalanını uzun müddətyaşatmağa imkan vermir.

... Levon Ter-Petrosyanın çıxışına əsasən, Sovet-rus-erməniideoloqlarının əsl məqsədi Qarabağın işğalı deyildi. Bu, daha çoxikinci dərəcəli bir hədəf idi. Əsas məqsəd indiki Ermənistanərazisində yaşayan 250 minə yaxın azərbaycanlının qovulması vəErmənistanın monoetnik dövlətə çevrilməsi idi. Bu prosesdəAzərbaycanın 300-350 min erməni əsilli vətəndaşının taleyi isəqurban verildi. Levonun öz etiraflarına görə, azərbaycanlılarErmənistan ərazisində qalacağı təqdirdə, ölkənin müstəqil olmasımümkünsüz idi. Azərbaycanlıların demoqrafik üstünlüyü Ermənistanınstrateji maraqlarına zidd idi və bu, uzunmüddətli problemləryaradacaqdı.

Ermənistanın bu siyasəti təkcə azərbaycanlıları deyil, həmçininErmənistanın özündə yaşayan erməni icmalarını da təsir etdi. Etniktəmizləmə nəticəsində Azərbaycanda yaşayan təxminən 200-250 minerməni Ermənistana köçməyə məcbur oldu. Statistik göstəricilər dəbunu təsdiqləyir: 1988-ci ildə Ermənistan əhalisi 3 463 600 nəfəridi, lakin 1993-cü ildə bu rəqəm yalnız cüzi fərqlə 3 463 700nəfərə çatdı. Başqa sözlə, Ermənistan bu beş ildə azərbaycanlılarıqovub, onların yerinə Azərbaycandan gələn erməniləriyerləşdirdi.

Əgər bu müharibə baş verməsəydi, bugünkü Ermənistanın əhalisitamamilə fərqli bir mənzərəyə malik olardı. Bu gün Ermənistandaəhalinin 30%-ə qədəri türklərdən ibarət ola bilərdi. Bu halda,ölkədə heç bir hökumət onların razılığı olmadan qurula bilməzdi.Azərbaycanda isə erməni əsilli əhalinin sayı maksimum 200-250 minola bilərdi ki, bu da ümumi əhalinin yalnız 3-4%-ni təşkiledərdi.

Levon Ter-Petrosyanın kimliyi də onun rolunu anlamaqda mühüməhəmiyyət kəsb edir. Onun Dəməşqdə anadan olması və ailəsininSSRİ-yə köçməsi artıq sovet xüsusi xidmət orqanlarının nəzarətindəolduğunu göstərir. Levonun Leninqradda təhsil alması, həyatyoldaşının isə etnik rus olması onun KQB-yə bağlı şəxs olduğunutəsdiqləyir. O, Ermənistanın türklərdən təmizlənməsi siyasətininəsas icraçılarından biri idi.

Ermənistanın Qarabağ avantürası böyük faciələrə səbəb oldu.Azərbaycanın qətiyyətli siyasəti və ordusunun gücü ilə ərazibütövlüyü bərpa edildi, münaqişə isə faktiki olaraq əhalimübadiləsi ilə yekunlaşdı. Tarixdə bu cür münaqişələr sərhəddəyişiklikləri və ya əhali mübadiləsi ilə başa çatıb. ErmənistanınQarabağ siyasəti isə insanların faciələri ilə dolu qanlı bir tarixyazdı.

Bakunetwork

Seçilən
45
3
az.trend.az

4Mənbələr