AZ

SOCAR Broker Lloyd's lisenziyasına sahib olaraq qlobal oyunçulara qoşulub

SOCAR Türkiyənin qrup şirkətlərindən biri olan, SOCAR Sığorta və Təkrar Sığorta Brokerliyi, dünyanın aparıcı sığorta və təkrar sığorta bazarı olan Lloyd's-da səlahiyyətli broker kimi fəaliyyət göstərmək üçün icazə almışdır.

Bu fikirləri "SOCAR Türkiyə" və qrup şirkətlərinə dair qısa icmala dair keçirilən mətbuat konfransında "SOCAR Türkiyə"nin Baş icraçı direktoru Elçin İbadov deyib. 

E.İbadov bildirib ki, SOCAR Broker, dünyada 300 mindən çox brokerdən yalnız bir neçəsinin əldə etdiyi Lloyd's lisenziyası ilə qlobal oyunçulara qoşulub: "Türkiyədə bu sahədə fəaliyyət göstərən 195 broker arasında Lloyd's lisenziyasına sahib 4-cü qurum olan SOCAR Broker, geniş sığorta və təkrar sığorta hovuzuna çıxış imkanı və Lloyd's brokeri kimi qazandığı nüfuzla müştərilərinə daha geniş xidmət təqdim edəcəkdir."

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
77
30
ikisahil.az

10Mənbələr