Olaylar Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Türkiyənin aparıcı seysmoloqu Naci Görür açıqlamasında bildirib.
İstanbulun 16 milyon əhalisinin yaşadığı Mərmərə dənizi bölgəsində baş verə biləcək zəlzələnin nəticələrinin çox dağıdıcı olacağı vurğulanıb. Görür şəhərdəki binaların 60%-dən çoxunun zəlzələyə davamlı olmadığını etiraf edərək, "Zəlzələ bizi yıxacaq, zarafat etmirəm. Əgər Mərmərə bölgəsi dağılarsa, bütün Türkiyə diz çökəcək" - deyib.
Alim son 10 ildə Mərmərə dənizi bölgəsində tektonik qırılmaların tədqiq edildiyini, lakin bu vəziyyətin ciddi təhlükə yaratdığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31