İranın cənub şərqində yerləşən Kirman əyalətində zəlzələ baş verib.
"Azad İran" "Telegram" kanalı bildirir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rixter şkalası üzrə 4, 5 bal gücündə zəlzələ səhər saat 7:24-də qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.