AZ

Biz hüquq, təhlükəsizlik və ədalət tərəfdarıyıq

Yola saldığımız 2024-cü il ölkəmiz üçün bir sıra hadisələrin cərəyan etməsi ilə yadda qaldı. Prezident seçkiləri, parlament seçkiləri, COP29 və digər tədbirlər 2024-cü ilin mühüm olaylarından sayılır. Ötən il həm də ölkəmiz, xalqımız üçün bir qədər kədərli il oldu. Mavi səmalarda baş verən xoşagəlməz hadisə 2024-cü ilin sonunu gözlənilmədən qəmə qərq etdi. Xalqımız xoş arzu və ümidlərlə iki möhtəşəm bayrama – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə hazırlaşdığı dövrdə ağır bir faciə ilə üz-üzə qaldı. Belə ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak oldu, 29-u sağ qaldı. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak oldu, iki ekipaj üzvü isə sağ qalı. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirildi. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirildi. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı. Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzaladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Televiziyasına verdiyi müsahibədə faciə ilə bağlı maraq doğuran məqamları ətraflı şəkildə açıqlayaraq, hərtərəfli aydınlıq gətirdi. Qeyd etdi ki, biz bütün məsələrdə olduğu kimi, bu məsələdə də hüquq, təhlükəsizlik və ədalət tərəfdarıyıq. Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Bu baxımdan, baş verən hadisə geniş təhlil olunmalı və ictimaiyyətə müvafq məlumatlar verilməlidir. Təbii ki, hadisə ilə bağlı müxtəlif versiyalar mövcuddur. Lakin əsas məziyyətlər prosedur qaydalar icra olunduqdan sonra ortaya çıxacaq.

Dövlət başçısı baş verən məlum qəzada qəhrəmancasına həlak olanların, rəşadət göstərən əməkdaşların fədakarlığını çox yüksək qiymətləndirdi. Onların hər birini müvafiq dövlət təltifləri ilə təltif etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti hər bir Azərbaycan vətəndaşının hər zaman yanındadır.

Bəli, ötən ilin son ayında ilin son faciəsini yaşadıq. Özü də həmrəy yaşadıq. Dərdimizə, kədərimizə hamılıqla ağladıq. Bu da bir acı tale, acı bir tarixdir. Axırıncı olsun!

Şükran Mustafayev,
Bakı şəhəri, 254 nömrəli tam orta məktəbin direktor müavini

Seçilən
58
50
ikisahil.az

10Mənbələr