AZ

İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir- ÖZƏL

"Bu gün İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova deyib: "Hərçənd, dünya belə qətiyyətli, güclü lider obrazını, xüsusilə prinsipial, həm milli maraqları, həm də beynəlxalq dəngələri qoruyan idarəedicini o qədər də asan qəbullana, həzm edə bilmir. Amma olsun, onsuz da başqa yolları yoxdur. İlham Əliyev bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində Azərbaycanın mənafeyini uca tutur və bütün siyasi-ictimai aşamalardan zədəsiz keçirir. Prezidentin bu gün yürütdüyü siyasətin əsasında 44 günlük Vətən  müharibəsindən sonra yaranmış yeni reallıqlar dayanır. Bu reallığı ölkə başçısı özü yaradıb. Və israrlı şəkildə, ölkəsinin milli mənafeyinin, suverenliyin qorunmasında istənilən müdaxilələri minimuma endirməyi bacarır. Bu gün bir çox dövlətlərin Azərbaycana qarşı təzyiqlərinin kökündə dayanan amillər də məhz, bundan zəmin alır. Prezidentin müsahibə və çıxışlarında dönə-dönə  qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan dövlətlərə sərf eləmir: "Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
olaylar.az

1Mənbələr