Çətin bazar şərtlərinə baxmayaraq, Petkim son beş ildə orta hesabla illik 2.6 milyon ton hasilat əldə edib.
Publika.az xəbər verir ki, bunu "Petkim Petrokimya Holding"in Baş direktoru Kənan Mirzəyev deyib.
O bildirib ki, bazarın eniş dövründə olmasına, marjaların daralmasına və bir çox oyunçunun neft-kimya müəssisələrini bağlamasına baxmayaraq, "Petkim" son beş ildə orta hesabla 2.6 milyon ton ümumi hasilat əldə edib.