AZ

Səhiyyə Nazirliyi Yeni yayılan respirator virusla bağlı AÇIQLAMA yayıb

Bakı. Trend:

Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda(əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digərkəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedənxəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrəqeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və RusiyaFederasiyasında müşahidə olunur.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respiratorxəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskinrespirator virus infeksiyalarının tipik patogenlərindənbiridir.
Metapnevmovirus bir çox digər kəskin respirator virusinfeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması,hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimisimptomlarla təzahür edir.

Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəifolan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edirvə digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradanqalxır.

Immun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs.,bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlardabronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.

Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayanşəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısamüddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicəadətən simptomlara görə aparılır.

Belə xəstələrdə laborator müayinə nəticəsində virusundəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyidəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutinaparılmasına ehtiyac yoxdur.

Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdəqripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün SəhiyyəNazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzininmüvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindəngötürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsiaparılır.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarınınqarşısının alınması məqsədilə Azərbaycan Respublikasının SəhiyyəNazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvitədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüsyollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan)istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlikqidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsinitövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin evşəraitində simptomatik müalicə alması məqsədəuyğun hesabolunur.

Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupunadaxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyitərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsitövsiyə olunur.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətləyanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadanqorumalıdır".

Seçilən
70
49
az.trend.az

2Mənbələr