Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges İspaniya La Liqası təmsilçisi "Rayo Valyekano"dan ayrıla bilər.
Yenisabah.az xəbər verir ki, o, klubla müqaviləsinə xitam verilməsini istəyir.
33 yaşlı futbolçunun baş məşqçi İniqo Pereslə yola getmədiyi bildirilir.
X.Rodriges cari mövsüm "Rayo Valyekano"nun heyətində 7 oyun keçirib. O, daha əvvəl "Real" (Madrid, İspaniya) və "Bavariya" (Almaniya) kimi tanınmış klubların şərəfini qoruyub.
Telegram kanalımız