AZ

“Vikipediya”da dəyişiklik: Azərbaycan dili bölməsində dərinlik 50-yə qalxdı

Ölkə.az xəbər verir ki, Azərbaycan “Vikipediya” icmasının üzvləri Azərbaycan dilində olan məqalələrinin sayının çoxalması istiqamətində sistemli şəkildə çalışırlar. 

Artıq Azərbaycan dili bölməsində  məqalələrin sayı 200 mini keçib. Mövcud olan redakətlərin sayı 8 milyona çatmaqdadır. Bu ay redaktələrin sayının  8 milyona keçməsi gözlənilir. Diqqət çəkən məqamlardan biri də bu günlərdə “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinik (keyfiyyət) göstəricisi 50-yə yüksəlib. Bu həm də onu göstərir ki, ortada keyfiyyətli iş əmsalı mövcuddur. Bu  həm də  Azərbaycan dili bölməsinin digər dil bölmələri arasında mövqeyini gücləndiyini göstərir.

Seçilən
22
olke.az

1Mənbələr