AZ

Bayram günlərində Naftalana gələn turistlərin sayı artıb

Ölkəmizin sağlamlıq turizminin mərkəzinə çevrilən və şöhrətini ildən-ilə artıran Naftalan nəinki yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir. 

 

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub.

 

Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub. Bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün turizm obyektləri tərəfindən Naftalana yaxın digər bölgələrə də ekskursiyalar təşkil edilib.

 

Naftalanda yerləşən müasir otel və istirahət mərkəzlərində bayram günlərində ümumilikdə, 3000-dən çox turist qeydə alınıb ki, onların 24 %-i 22 xarici ölkədən gələn turistlərdir.

 

Şəhər İcra Hakimiyyəti, Naftalan Müalicə və Sağlamlıq mərkəzi tərəfindən yaradılmış ödənişsiz transfer xidməti turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Goran dəmiryolu stansiyasından Naftalan istiqamətində sərnişinlərin daşınmasını bayram günlərində davamlı olaraq həyata keçirib.

Tarix: 6 Yanvar 2025, 17:07   
Seçilən
42
3
pravda.az

4Mənbələr