AZ

Ötən il İranda qadınların edam nisbəti ən yüksək həddə ÇATIB

2024-cü ildə İranda edam edilən qadınların sayı son 17 ilin ən yüksək göstəricisi olub.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İran İnsan Haqları Təşkilatının son hesabatı göstərir ki, “Qadın, Həyat, Azadlıq” etiraz aksiyalarından iki il sonra edam nisbəti ən yüksək göstərici hesab edilib və bildirilib ki, 2024-cü ildə 31 qadın dar ağacından asılıb.

Qeyd olunub ki, İranda naməlum sayda qadın hələ də ölüm hökmündədir və İslam Respublikasında qadınların edam edilməsi hökmün qəddar və qeyri-insani aspektlərini göstərməklə yanaşı, Ədliyyə-Məhkəmə Sistemində gender ayrı-seçkiliyinin dərinliyini də ortaya qoyur.

Bizim.Media

Seçilən
69
50
bizim.media

10Mənbələr