AZ

Aygün Bəylərin bacıları arasında miras QALMAQALI

Əməkdar artist, mərhum müğənni Aygün Bəylərin bacısı Zümrüd Hümbətova Medianews.az-ın suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

– Zümrüd xanım, bu gün Aygün xanımın ölümünün birinci ildönümüdür. Bir il sanki bir göz qırpımında gəlib keçdi..
– Bəli, çox doğru qeyd etdiniz. Heç inanmaq olmur ki, Aygün 1 ildir ki, dünyada yoxdur. Allah ona qəni-qəni rəhmət etsin.

– İl mərasimi verəcəksiniz?
– Mən yox, bacıları təşkil edib. Yeni Suraxanı qəsəbəsindəki “Nur” mərasim zalında olacaq məclis. Varisi Aynur xanım il mərasimini verəcək. Kimin ürəyi istəsə iştirak edə bilər. Günortaya qədər qadınlar, günortadan sonra isə kişilər olacaq.

" foto="" 2"="" width="1724">

– Belə başa düşdüm ki, məclisdə siz iştirak etməyəcəksiz?
– Xeyr, mən iştirak etməyəcəm. Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmişlər kimi camaata şou göstərirlər. Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir.

– Zümrüd xanım, sanki siz Aygündən sonra hələ də özünüzə gəlməmisiz… Hələ də depressiyadasız..
– İnanın özümə gələ bilmirəm. Gördüklərim isə mənə daha çox əziyyət verir. Aygün sağ olsaydı hər şey başqa olacaqdı. Necə ki, Aygün tək, kimsəsiz qalmışdı, bacıları onu saymırdı, indi mən onun günündəyəm. Haqqına danışıram deyə məni hər şeydən uzaq tuturlar. Bir ildir susuram, qəhər məni dəli edib.

– Belə başa düşdüm ki, ailənizdə heç kimlə əlaqəniz yoxdur. Bu soyuqluğu kimlər yaratdı?
– Bizim ailədə bir “demaqoq” var, ömür-boyu da o olub. O da Aygünün bacısı Aynurdur. Anam rəhmətə gedən kimi evini satıb yedi. Qardaşım tutuldu, evini, qızıllarını satıb yedi. İndi də Aygün rəhmətə gedib, hər şey əlindədir. Nə istəyirsə onu da edir.

" foto="" 3"="" width="1664">

– Bəs Aygünün qızı Canan üçün nələrsə saxlayıb?
– Evi var. Hesabında pulu var. Varis isə Aynurdur. Əvvəl varis mən idim.

– Sizi varislikdən uzaqlaşdırıblar?
– Aygün hər şeyini mənə vəsiyyət etmişdi deyə qəyyum mən idim. Vərəsəlik söhbəti ortaya çıxandan sonra Cananı qızışdırıb üstümə saldılar. Mən də öz xoşumla qəyyumluğu onlara verdim. Halbuki rəhmətlik hamının yanında Cananı mənə etibar etmişdi. Mən indi kənara çəkilmişəm. Kim nə istəyir onu da edir. Şər atdılar, böhtan atdılar, amma tutmadı. Çünki dedikləri hər şey əsassız idi. Mənim gözüm toxdur.

– Sizcə Aygün yaşasaydı həmin bacılarına nə deyərdi?
– Aygün məsləhət bilsəydi Aynuru özü ilə efirlərə aparardı.. Aynur heç kimi saymırdı, nifrət edirdi. Aygün məni özü ilə efirlərə aparırdı. Bununla öyünmək istəmirəm. Sadəcə bunu deyirəm. Kimə maraqlı gəlsə Aynur və əri haqda gedib maraqlansınlar. Sonra məni qınasınlar. Efirlərdə məni Aygünün yadigarı kimi təqdim edirlər. Demirlər ki, yadigarı Canandır. Deyirlər ki, yadigarı sizsiz.

" foto="" 4"="" width="1724">

Seçilən
35
5
publika.az

6Mənbələr