Türkiyə qonşu Suriyanın parçalanmasına icazə verməyəcək, eləcə də bunun qarşısını almaq üçün tez bir zamanda hərəkətə keçəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Biz Suriyanın parçalanmasına və ya onun vahid quruluşunun pozulmasına icazə verməyəcəyik, əgər bununla bağlı risk görsək, dərhal lazımi tədbirləri görəcəyik”, - deyə prezident xəbərdarlıq edib.
Müəllif: Arzu