AZ

Dnestryanı donur

Dnestryanıda enerji böhranı səbəbindən 122 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb, 51,5 min abonent qazsız qalıb.

Editor.az xəbər verir ki, bu barədə qondarma respublika hökumətinin mətbuat xidməti məlumat yayıb. 17 sosial obyektin və 118,5 min mənzilin qaz təchizatı minimum həcmdə saxlanılıb. Xəstəxanalar, internat məktəbləri kimi sosial əhəmiyyətli obyektlər avtonom maye yanacaq qazanxanaları vasitəsilə istiliklə təmin edilir.

Moldova Dövlət Rayon Elektrik Stansiyasında generasiya gücü 150-170 MVt təşkil edir, lakin respublika hökuməti qeyd edib ki, bu həcm kifayət deyil. Ölkədə dörd saatlıq elektrik kəsilməsi tətbiq edilib. Tanınmamış respublikanın prezidenti Vadim Krasnoselskinin sözlərinə görə, son 24 saat ərzində elektrik enerjisinin fövqəladə kəsilməsi 4,8 min nəfərə təsir edib – elektrik şəbəkələrində 121 qəza qeydə alınıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr