AZ

ABŞ-da quş qripindən ilk ÖLÜM

ABŞ-da H5N1 tipli quş qripindən ilk ölüm qeydə alınıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Luiziana ştatında baş verib.

Qeyd olunur ki, xəstənin yaşı 65-dən yuxarı olub İnfeksiya həm ev quşları, həm də çöl quşları ilə təmasdan sonra baş verib. Luiziana Səhiyyə Departamenti qeyd edib ki, ölüm faktı indiyə qədər ştatda qeydə alınan yeganə haldır, digər sakinlər arasında H5N1 quş qripinin yayılma riski aşağıdır.

 

Quş qripi quşların kəskin yoluxucu viral xəstəliyi olub, həzm və tənəffüs orqanlarının zədələnməsi, həmçinin yüksək ölüm halları ilə xarakterizə olunur. Ev quşlarından fərqli olaraq virusa davamlı olan köçəri quşlar, əsasən çöl ördəkləri quş qripi virusunun təbii daşıyıcısına çevrilib. Xəstəlik insanlara keçə bilər

Seçilən
22
6
modern.az

10Mənbələr