Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə 1news.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Babək prospekti, mərkəz istiqamətində; 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.