Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"