Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 6-da polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 pulemyot,1 tapança, 23 qumbara, 17 alışdırıcı, 28 tüfəng, 2 patron darağı və5841 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.