AZ

Saxta toyuq satan “Nazal-M” şirkəti ölkədən külli miqdarda pul çıxarıb?

Azərbaycana Gürcüstandan kənd toyuğu adı ilə toyuq və toyuq məhsulları idxal edən “Nazal-M” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Nazal-M” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Kənd toyuğu idxalçısı olan şirkətlə bağlı iş baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib. 8 yanvar tarixində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Əgər mal ölkəyə gəlmirsə, sifarişi verən şirkət cərimələnir. Bu, sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.

Yeri gəlmişkən onu da qeyd edək ki, ötən il Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi “kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı başlatdığı tədbirdə məlum olmuşdu ki, “Nazal-M” MMC ikinci sort toyuq hesab edilən məhsulları bazara “kənd toyuğu” adı çıxarıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən

Seçilən
3
1
tribunainfo.az

10Mənbələr