AZ

Azər Baxşəliyev transplantasiya əməliyyatından könüllü surətdə imtina edib

"Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib".

Bu barədə Teleqraf.com-un sorğusuna Səhiyyə Nazirliyinin cavabında deyilir.

Bildirilir ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumata görə, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə (ODTKM) böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.

“2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 16 oktyabr tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31 oktyabrda Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarına gəlib”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev yanvarın 5-də vəfat edib


Müəllif: Şəbnəm Zahir
Seçilən
20
7
teleqraf.com

9Mənbələr