AZ

ABŞ-nin Luiziana ştatında H5N1 quş qripindən ilk ölüm qeydə alınıb

ABŞ-nin

Amerikanin Luziana ştatında H5N1 quş qripi ilə bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Bu barədə yerli səhiyyə idarəsi xəbər verib. İdarə, H5N1 quş qripindən ölüm hadisəsinin baş verdiyini və həmin şəxsin 65 yaşdan yuxarı olduğunu, həmçinin bir çox xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb. Məlumata görə, şəxs quş qripini ev və vəhşi quşlarla təmasdan sonra alıb. Yerli səhiyyə orqanları, virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri gücləndirir və əhalini bu xəstəlik haqqında daha çox məlumatlandırmaq üçün iş aparır. Mütəxəssislər, xüsusən risk qruplarında olan şəxslərə daha diqqətli olmalarını tövsiyə edirlər.Səidə Mustafa

Diqqət Çəkənlər

COVID-19-un zülalları illərlə beyində və kəllə sümüklərində toplanır - Alimlər

MN: Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Bloomberg: Avropa qaz ehtiyatlarını inanılmaz sürətlə tükədir

Seçilən
14
ulusum.az

1Mənbələr