AZ

Elşad Mirbəşir: “Ter-Petrosyan etirafı tutarlı hüquqi sübutdur” 

Yazını böyüt
Yazını kiçilt

“1993-cü il iyul ayının 23-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər ermənilərin mahiyyətini tam açır.  Hesab edirəm ki, bu beynəlxalq hüquqi instansiyalar üçün tutarlı dəlil kimi istifadə oluna bilər”.

Bunu hafta.az-a professor Elşad Mirbəşir Ermənistanın müstəqillik dövrünün ilk prezidenti Ter-Petrosyanın etiraf-çıxışı zamanı erməni mahiyyətini ortaya qoymasına diqqət çəkərkən bildirib.

Professor qeyd edib ki, həmin çıxışı zamanı Ermənistanın keçmiş birinci prezidenti bu ölkənin dövləti cinayətlərini açıq mətinlə səsləndirib.

O, hesab edir ki, bu çıxış olduqca tutarlı hüquqi sübut, dəlil-tiraf kimi istifadə oluna bilər.

“Hər şeydən əvvəl görürük ki, Ermənistan hələ SSRİ dövründə və müstəqilliyinin ilk günlərindən faşist, şovinizm siyasətini əsas götürüb. Ter-Petrosyan bunu öz dili ilə etiraf edir. O, "Ermənistanın təmizlənməsi" ifadəsini işlədir. Petrosyan bununla da Ermənistan ərazisində yaşayan başqa xalqları, xüsusən də azərbaycanlıları təhqir edir.  Etiraf edir ki, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib.  Bu etirafın yer aldığı videomaterialdan beynəlxalq instansiyalarda öz haqılı mövqelərimizi qorumaq, Ermənistanın cinayətkar, terrorçu, faşist  mahiyyətini ifşa etmək üçün isifadə etməliyik. Ter-Petrosyanın bu fikirləri onun və digər erməni liderlərinin əsl mahiyyətini, xəstə təxəyyülə söykənən baxışlarını ortaya qoymuş olur.  Eyni zamanda, Petrosyan deyir ki, bunun öhdəsindən məhz “Yerkrapa” terrorçu təşkilatı gəldi. Yəni, onlar Qarabağı və Ermənistanı azərbaycanlılardan təmizlədilər. Biz hər zaman bəyan etmişik ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirib”.

Professor Petrosyanın etiraf çıxışında Ermənistanın SSRİ-nin dağıdılmasında əsas rolu oynaması epizoduna diqqət çəkib. Onun fikrincə, Rusiya tərəfi bu etirafa diqqət yetirməlidir.

“Çünki ermənilərə heç bir halda etibar etmək olmaz. Onlar hər zaman xəyanət etməyə qadirdilər və bu, Ter-Petrosyanın çıxışında etiraf olunur. Bu, eyni zamanda onu göstərir ki, kənar dairələr 80-ci illərdən başlayaraq SSRİ-nin dağıdılmasında Ermənistanı bir alət kimi istifadə ediblər”.

Professor bildirib ki, Ermənistan  bu gün də Rusiyaya qarşı bir alət kimi istifadə olunmaqdadır və bu, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində də açıq müşahidə olunub.

“Məlum olur ki, Levon Ter-Petrosyanın da hakimiyyətə gətirilməsində xarici qüvvələrin rolu olub. 1985-ci ildə Qorbaçovu hakimiyytə gətirən dairələr, Levon Ter-Petrosyanı da hakimiyyətə gətirə bilərdi. Diqqət yetirsək,  bu hadisələrdə bir oxşarlıq mövcuddur.  Çünki Petrosyan Qarabağ münaqişəsinin alovlanmasında öz rolunu etiraf edir, Qorbaçov da erməniləri separatizmdə açıq dəstəkləyən fiqur olaraq münaqişənin baş qaldırmasında maraqlı olduğunu gizlətməyib. Deməli, Qarabağ məsələsi, Qorbaçovun hakimiyyətə gətirilməsi, Petrosyanın Ermənistanda dəstəklənməsi bütövlükdə SSRİ-nin süquta uğradılması layihəsi, startegiyası olub. Hesab edirəm ki, Ter- Petrosyanın çıxışında bunu da görə bilirik”.

Professor qeyd edib ki, Petrosyan çıxışı ilə həm də münaqişənin tənzimlənməsində maraqlı olduğuna görə hakimiyyətdən devrilməsi kimi yalnış təsəvvürləri alt-üst etmiş olur.  

“Biz bu video materialdan görürük ki, Ter-Petrosyan özündən sonrakı erməni liderlərindən heç nə ilə fərqlənməyib, əksinə daha faşist təfəkkürlü, daha irqçi, millətçi olub. Petrosyan etiraf edir ki, münaqişənin tənzimlənməsində maraqlı olmayıb. O, kənar təlimatlar əsasında münaqişənin uzun müddətli qalmasında maraqlı olub. Bu, kənar dairələrin maraqlarına cavab verirdi. Bu gün Ermənistanın baş naziri Paşinyanın da Ter- Petrosyanın şinelindən çıxması bunların eyni dairədən idarə olunması ilə bağlı ipucları verir”.

E.Mirbəşir Petrosyanın öz çıxışında Arsax quldur dəstələrinin Ağdama girməsini deməklə, Azərbaycan ərazilərinin işğalı faktını bir daha təsdiq etdiyini önə çəkdiyini deyib. O, bununla erməni liderlərinin “Ermənistan heç vaxt işğal siyasəti həyata keçirməyib” bəyanlarının farş olduğunu ortaya qoyub. Professor hesab edir ki, bu faktlar informasiya mübarizəsində haqlı mövqelərimizi müdafiə etmək imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirmiş olur. 

“Ter-Petrosyan öz rəhbərliyi altında işğalçılıq siyasətinin Ermənistan tərəfindən həyata keçirildiyini açıq etiraf edir. Bu da sübut edir ki, Ermənistan müstəqilliyinin ilk saatlarından faşizm ideologiyasına söykənib. Ermənistanın müstəqil olmasının əsasında da faşist ideologiyası dayanıb. Bir daha əmin oluruq ki, Ermənistanla danışıqlar yolu ilə münaqişəni həll etmək mümkün olmayacaqdı.  Petrosyan açıq mətinlə etiraf etdi ki, Ermənistanda faşist ideologiyası lap başlanğıcdan kök salıb, bu gün də qalır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Azərbaycan torpaqlarını anneksiya etmək istəyib və ərazilərimizi öz xoşu ilə tərk etmək istəməyib”.

Seçilən
9
hafta.az

1Mənbələr