Demokrat.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elnur Həmidov və Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
10Mənbələr
-
bizim.mediaDSX mayoruna hücum edən Elvin Məmmədov ev dustaqlığına buraxıldı ( 14654431)
-
azpolitika.infoDSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib ( 14654237)
-
ucnoqta.azDSX mayoruna hücumda təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib ( 14653881)
-
ikisahil.azDSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib ( 14653615)
-
azpost.infoDSX mayoruna hücum edən daha bir idmançı barəsində qərar verilib ( 14653541)
-
pravda.azBakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verildi ( 14653505)
-
bakupost.azDSX mayoruna hücumla bağlı daha bir idmançı barəsində QƏRAR ( 14653487)
-
bakivaxti.azDSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir şəxslə bağlı QƏRAR ( 14653259)
-
apa.azBakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib ( 14653147)
-
demokrat.azAzərbaycanın məşhur idmançıları həbs edildi — Məhkəmə qərarı ( 14626539)