Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, vəfat edən şəxs 65 yaşdan yuxarı olub və yanaşı xəstəliklərdən əziyyət çəkib. O, vəhşi və ev quşları ilə təmasdan sonra virusa yoluxub.
2024-cü ilin dekabr ayının sonunda ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ölkədə quş qripi ilə bağlı ilk ağır halı olan bir xəstədə virusun mutasiyasını aşkar edib. Bu hal Luiziana ştatında yaşayan 65 yaşlı bir şəxsdə qeydə alınmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31