AZ

Messi Baydeni məyus etdi

ABŞ-nin Prezidenti Co Bayden Lionel Messini “Azadlıq medalı”na layiq görüb. Ancaq “İnter Mayami”nin ulduz futbolçusu təltifat mərasimində iştirak elməyib.

“CBS News”un məlumatına görə, Messi Ağ Evdə keçirilən rəsmi tədbirə gedə bilməyib. Argentinalı futbolçu bunun səbəbini tədbir təşkilatçılarına ünvanladığı məktubda bildirib. O, işinin çoxluğuna görə mərasimə qatılmadığını qeyd edib.

“Azadlıq medalı” ABŞ prezidenti tərəfindən təqdim edilən ən yüksək mülki mükafatdı. Medal Birləşmiş Ştatların çiçəklənməsinə, dünyada sülhə və ya digər əhəmiyyətli ictimai və ya özəl səylərə görkəmli töhfələr verən şəxslərə təqdim olunur.

Seçilən
31
1
football-plus.az

2Mənbələr