İranın Behbahan şəhərində MRT aparatına girən xəstə çətin anlar yaşayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Sosial şəbəkələrdə yayılan videoda maqnit rezonans tomoqrafiyasından (MRT) keçmək istəyən xəstənin üzləşdiyi qorxulu anlar əks olunub.
Xəstə aparatda ilişib qalıb və onu kəndirlə çıxarmağa çalışıblar.