Kreml: “Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb”
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb.
TASS-ın verdiyi xəbərə əsasən, o bildirib ki, tammiqyaslı hərbi əməliyyatlara başlayan Qərb və Ukrayna Prezidenti Volodimir Zelenski olub.
V. Medinski söyləyib ki, Moskva 2022-ci ilin yazında keçirilən danışıqlarda Kiyevdən bu ölkənin NATO-ya üzvlüyündən imtina etməsini tələb edib.
Prezidentinin köməkçisi vurğulayıb ki, Kiyev Moskva ilə sülh müqaviləsi imzalasaydı, yüz minlərlə ukraynalının həyatını xilas edə bilərdi: “Zelenski müharibəni seçib”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək(Report).