AZ

Türkiyədən Azərbaycana dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz azalaraq, 16 milyon 576 min 65 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyədən Azərbaycana 1 milyon 255 min 4 dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 14,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 1 milyard 526 milyon 663 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 110 milyon 163 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 1 milyard 526 milyon 663 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Seçilən
26
15
turkic.world

10Mənbələr