AZ

Türkiyədən İraqa xalça ixracında artım müşahidə olunub (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin İraqa xalça ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz artaraq, 264 milyon 258 min 2 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə İraqa 20 milyon 880 min 79 dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard 867 milyon 477 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollar məbləğində xalça ixrac edib.

Seçilən
29
7
turkic.world

10Mənbələr