Bakı. Trend:
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin İrana xalçaixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq, 34milyon 384 min 18 dollara bərabər olub.
Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə İrana 3 milyon 583 min 85dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabrayı ilə müqayisədə 23,9 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninxalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq,2 milyard 867 milyon 477 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollarməbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollarməbləğində xalça ixrac edib.