AZ

Türkiyədən Azərbayacana elektrik avadanlıqları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycanaelektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü iləmüqayisədə 14,2 faiz azalaraq, 225 milyon 819 min 47 dollarabərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 20 milyon 95 min93 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da2023-cü ilin dekabr ayı ilə müqayisədə 34,6 faiz azdır ” – deyənazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənindünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyniayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 mindollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyard 478 milyon 712 mindollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3 faiz çoxdur,” – deyənazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2023 – dekabr 2024)Türkiyə 16 milyard 677 milyon 730 min dollar məbləğində elektrikavadanlıqları ixrac edib.

Seçilən
2
9
az.trend.az

10Mənbələr