AZ

Türkiyədən İrana mebel ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin İrana mebelixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq,258 milyon 740 min 2 dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə İrana 24 milyon 603 min 18dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin noyabrayı ilə müqayisədə 3,8 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninmebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 7milyard 895 milyon 355 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 709 milyon 537 min dollarməbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 5,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 7 milyard 895 milyon 355 min dollarməbləğində mebel ixrac edib.

Məqalədə:
Seçilən
3
11
az.trend.az

10Mənbələr