Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor müavini – baş həkim təyin edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, baş həkim vəzifəsi Aqşin İsayevə həvalə olunub.
Baş həkim xəstəxananın direktoru Talıb Məmmədov tərəfindən kollektivə təqdim olunub.