AZ

Direktor: "Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin əks-sədasından narahatdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rəsmi Paris dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin geniş əks-səda doğurduğundan narahatdır".
Oxu.Az xəbər verir ki, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bunu CBC telekanalına bildirib.
Onun sözlərinə görə, Fransanın müstəmləkə siyasəti, eləcə də dənizaşırı ərazilərdə insan hüquqlarına və yerli əhalinin hüquqlarına riayət olunması ilə bağlı yaratdığı problemlər uzun müddət beynəlxalq səviyyədə qaldırılmayıb.
"Bu mövzu uzun müddət Fransa mətbuatında və digər kütləvi informasiya vasitələrində qaldırılmırdı. Lakin Azərbaycan problemi yeni səviyyəyə çıxardı və indi bu barədə BMT tribunasından danışılır, beynəlxalq təşkilatların platformalarında müzakirə olunan bu məsələyə həm Bakıda, həm də dünyanın digər yerlərində beynəlxalq konfranslar həsr olunur. Dənizaşırı ərazilər, onların həm təbii sərvətlərinin, həm də insanlarının amansız istismarı ilə bağlı məsələlər bütün dünyada müzakirə mövzusuna çevrilib. Rəsmi Parisi də məhz bu narahat edir. Bu mövzu onilliklər, bəzi hallarda isə əsrlər boyu faktiki olaraq kölgədə qalıb. Lakin son onilliklərdə KİV-in inkişafı bu məsələnin gizlədilməsini qeyri-mümkün edib", - o bildirib.
"Report"un direktoru vurğulayıb ki, Fransanın hazırkı hökuməti nəinki səmərəsiz daxili, həm də qərəzli xarici siyasət həyata keçirir, xüsusilə də Azərbaycanın daxili işlərinə qarışır.
Onun sözlərinə görə, Makron dəfələrlə erməniləri dəstəklədiyini bəyan edib.
"Onun Ermənistanı, ermənilərin hüquqlarını və s. dəstəkləməsi barədə açıq şəkildə səsləndirdiyi bəyanatlar var. O, Qarabağ ermənilərinin hüquqlarından da danışır. Bu isə Azərbaycanın işlərinə birbaşa müdaxilədir", - F.Hüseynəliyev bildirib.
O, həmçinin, yürütdüyü uğursuz siyasətə görə Makronun prezident postunu vaxtından əvvəl tərk edə biləcəyini də qeyd edib.
Seçilən
50
37
oxu.az

10Mənbələr