Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalarak, 62 milyon 114 min 79 dollar təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Nazirlikdən verilən açıqlamada qeyd edilib ki, 2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 4 milyon 963 min 30 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 22,3 faiz azalma nümayiş etdirib.
Ümumilikdə 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalarak, 17 milyard 920 milyon 376 dollar təşkil edib.
Türkiyə Ticarət Nazirliyi bildirib ki, 2024-cü ilin dekabr ayında Türkiyə ümumilikdə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb.
Qeyd edək ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollar məbləğində hazır geyim məhsulları ixrac edib.