Azərbaycan yığmalarının futbolçuları Renat Dadaşov və Həsən Nəzərlinin formasını geyindikləri “Ankaragücü” növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə kubokunun qrup mərhələsində ilk matçına çıxıb.
B qrupunda mübarizə aparan Ankara klubu evdə “İskenderunspor”u qəbul edib. Hər iki futbolçumuz görüşdə 90 dəqiqə meydanda olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Renat əsas, Həsən U-19 millimizin formasını geyinir.
İdman.biz