DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalova hücumun sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov olub. Bu səbəbdən o da saxlanılıb. Vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar.
Ramal Aslanov Əməkdar İdman Ustası, Azərbaycan Prezidenti mükafatçısıdır, 11 dəfə Azərbaycan çempionu, 2019-cu il WAKO Dünya Çempionu, FF (FAITH FIGHT) GRAND PRIX Dünya kəmərinin sahibidir (2016-2018)