Renat Dadaşovun və U-19 yığmamızın üzvü Həsən Nəzərovun da formasını geydiyi "Ankaragücü" Türkiyə kubokunun qrup mərhələsində ilk matçını keçirib.
"Football-plus.az" xəbər verir ki, Ankara təmsilçisi A qrupunda "İskenderunspor"la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1. "Ankaragücü"ndən 45-ci dəqiqədə Kevin Varqa, "İskenderunspor"dan isə 79-cu dəqiqədə Muhammet Beşir fərqlənib. Renat və Həsən də bu görüşdə iştirak ediblər. Onlar start heyətdə meydana çıxıblar və sonadək oynayıblar.
Qeyd edək ki, Dadaşov və Nəzərov ötən ilin yayından Türkiyə klubunda oynayırlar. Hazırda bu qrupun digər görüşündə hazırda "Fatih Karagümrük"lə "Rizespor" üz-üzə gəlir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta