Çinin Uhan şəhərində metapnevmovirus HMPV virusunun sürətlə yayılması nəticəsində məktəblərin bağlanmasına qərar verilib.
Xarici KİV-ə istinadən xəbər verilir ki, xüsusilə uşaqları təsir edən virus COVID-19-a bənzər simptomlar göstərir. Xəstəxanalardakı həddindən artıq sıxlıq COVID-19-un ilk günlərini xatırladır. Virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində Hindistanın Karnataka ştatında üç yoluxma halı aşkarlanıb.
Mənbə: unikal.az