AZ

Renat Dadaşov və Həsən Nəzərov üçün 90 dəqiqə

Azərbaycanlı futbolçular – Renat Dadaşov və Həsən Nəzərov Türkiyənin “Ankaragücü” komandasının heyətində növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, Ankara təmsilçisi bu gün Türkiyə Kubokunun 2024/2025-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib.

B qrupunda yer almış paytaxt təmsilçisi ilk matçında “İskenderunspor”la üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Həsən Nəzərov bu matça ilk “11-lik”də başlayıblar və sonadək meydanda olublar.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 14 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 4 oyun keçirib.

Seçilən
23
arena.az

1Mənbələr