Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzanini paytaxt Ankarada qəbul edib. SİA-nın məlumatına görə, Prezident İqamətgahında baş tutan görüşdə başda terrorla mübarizə olmaqla regional məsələlərin müzakirə edildiyi bildirilib. Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.