AZ

XİN Çinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

“Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirib. Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik”, - məlumatda qeyd olunub.

Seçilən
47
28
qafqazinfo.az

10Mənbələr