Demokrat.az xəbər verir ki, Bakupost.az -a açıqlama verən professor, pulmonoloq Əlizamin Sadıqov metapnemovirusun koviddən fərqini və ilk əlamətlərini açıqlayıb.
O qeyd edib ki, virus hal-hazırda Çin Xalq Respublikasında insanlar arasında geniş yayılıb:
"Avropada və Amerikada isə yayılma səviyyəsi demək olar, yoxdur. Bu infeksiya qrip, COVID-19 kimi simptomlara sahibdir. Əsasən, kəskin şəkildə burun axması ilə başlayır. Bu, metapnemovirusu qrip və COVID-19-dan fərqləndirən ən birinci əlamətdir. Bununla yanaşı, müddəti digər infeksiyalara nisbətən daha qısadır, məsələn, 2-3 gün ola bilər. Normal immun sistemi olan insanlar üçün bu infeksiya təhlükəli deyil. Əsasən, 2 və 5 yaşa qədər uşaqlar üçün risklidir. Bu yaş qrupunda hətta ölüm halları, xəstəliyin ağırlaşması və pnevmoniya kimi vəziyyətlər baş verə bilər. Yaşı 35-dən yuxarı olan insanlar da bu infeksiyadan daha çox təsirlənə bilər. Digər risk qrupları isə xroniki xəstəlikləri olanlardır: xərçəng müalicəsi alanlar, hematoloji xəstələr və autoimmun xəstəlikləri olanlar. Ona görə də bu insanların mümkün qədər qorunması vacibdir”.
Professor bildirib ki, virusun aktivliyi marta qədər davam edəcək:
5Mənbələr
-
hurriyyet.azYaşı 35-i keçənlər ehtiyatlı olsun ( 14637297)
-
gender.azYaşı 35-i keçənlər ehtiyatlı olsun ( 14637231)
-
pravda.azYaşı 35-i keçənlər ehtiyatlı olsun ( 14635567)
-
demokrat.azYaşı 35-i keçənlər ehtiyatlı olsun, virus marta qədər aktiv olacaq — Professor ( 14633527)
-
bakupost.azYaşı 35-i keçənlər ehtiyatlı olsun, virus marta qədər aktiv olacaq – Professor ( 14632535)